Erməni işğalından azad olunmuş ərazilər

2020-ci il 27 sentyabr – 9 noyabr tarixləri arasında erməni işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlər

Azərbaycan Ordusunun 27 sentyabr tarixində Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr tarixinədək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunmuşdur. Həmin tarixə qədər azad edilmiş ərazilərə aşağıdakılar daxildir:

  • Cəbrayıl şəhəri və həmin rayonun 90 kəndi

  • Füzuli şəhəri və həmin rayonun 53 kəndi

  • Zəngilan şəhəri, Mincan, AğbəndBartaz qəsəbələri, eləcə də rayonun 52 kəndi

  • Hadrut qəsəbəsiXocavənd rayonunun 35 kəndi

  • Tərtər rayonunun 3 kəndi

  • Qubadlı şəhəri və həmin rayonun 41 kəndi

  • Xocalı rayonunun 9 kəndi

  • Şuşa şəhəri

  • Laçın rayonunun 3 kəndi,

  • Eləcə də Ağdərə və Murovdağ istiqamətində bir sıra strateji yüksəkliklər,

  • Zəngilan ərazisində yerləşən Bartaz, Sığırt və Şükürataz yüksəklikləri5 adlı-sanlı olmayan yüksəklik

10 noyabr bəyanatı və digər ərazilərin azad olunması

10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistanın Baş naziriRusiya Prezidenti tərəfindən atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzalandı. Bəyanata əsasən:

  • Ağdam rayonu 20 noyabr,

  • Kəlbəcər rayonu 25 noyabr,

  • Laçın rayonu isə 1 dekabr tarixində Azərbaycanın nəzarətinə qaytarıldı.

Bundan əlavə, Qazax rayonunun aşağıdakı kəndləri də erməni işğalından azad olunacaq:

  • Bağanis Ayrım, Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara, QızılhacılıAşağı Əskipara

  • Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid olan Kərki kəndi

10 noyabr 2020-ci ildə döyüş əməliyyatlarının dayandırılmasından sonra, Azərbaycanın suverenliyi Qarabağ bölgəsindəki digər şəhər, qəsəbə və kəndlər üzərində bərpa edildi, və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu.

Qarabağ Azərbaycandır!

 

add your comment