Yanvar (latınca “Janvarus”), qədim Roma tanrısı Yanus şərəfinə adlandırılıb, 1582-ci ildə qəbul edilən Qreqori təqviminin ilk ayıdır. Rusiya çarı I Pyotrun əmri ilə Qreqori təqvimi Roma təqvimi ilə əvəz olunub. Bu əmrdən sonra Yanvar — İsanın doğum tarixi kimi — ilin başlanğıcı elan olunub və 18-ci əsr 1701-ci ilin 1 yanvarından başlayıb.

Təqvim keçmiş Sovet İttifaqında V.İ. Leninin 1918-ci il fərmanı ilə rəsmi olaraq qəbul edilmişdir. Həmin dövrədək Yeni il hər ayın 13-cü günü başlayırdısa, bu məsələ həll olundu və yanvarın 1-i Yeni il günü və bayram günü kimi müəyyən edildi.

Eyni təqvim müstəqillik əldə etdikdən sonra da Azərbaycan Respublikasında tətbiq olunur və yanvarın 1-i milli bayramdır.

2006-cı ildən etibarən yanvarın 1 və 2-si bayram günləri hesab olunur.

add your comment